Şərurda evdən 8 min manatlıq oğurluq edənlər saxlanılıb

Şərurda evdən 8 min manatlıq oğurluq edənlər saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda evdən ümumilikdə 8 min manat dəyərində nağd pul və qızıl-zinət əşyaları oğurlayan iki nəfər saxlanılıb.

Şərur Rayon Polis İdarəsinə daxil olan məlumata əsasən, rayon ərazisində yerləşən evlərin birindən oğurluq edildiyi bildirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Tahirov və Emin İbrahimov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və məhkəmə qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.

Dostuna göndər xəbərdən agah olsun: