Azərbaycanda məscidlərə yeni din xadimləri seçilib

Agah.az xəbər verir ki, fevralın 26-da Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, müsahibəyə 16 namizəd qatılıb, bunlardan biri iştirak etməyib.
Digər 15 namizədin yeddisi müsahibədən keçərək vakant vəzifələrə təyin edilib, səkkizi isə zəruri keçid balını toplaya bilməyib. Nəticədə, Şəki və Şirvandakı bəzi məscidlərə yeni din xadimləri seçilib.