Qarlı Havada 90 Nəfər Xəsarət Aldı: 15 Nəfər Əməliyyat Edildi

Agah.az xəbər verir ki, fevralın 24-dən etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə bağlı 90 nəfər müraciət edib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərin əksəriyyətində sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik qeydə alınıb. Müraciət edənlərdən 15 nəfər cərrahi əməliyyat üçün stasionara qəbul edilib.