Fevralın 25-də Pensiyaların Tam Ödənilməsi Nəzərdə Tutulur

Fevralın 25-də Pensiyaların Tam Ödənilməsi Nəzərdə Tutulur
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu fevralın 25-də ölkə üzrə pensiyaların tam ödənilməsini planlaşdırır.

Fondun məlumatına görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb. Bundan əlavə, fevralın 1-dən minimum pensiya məbləği 280 manatdan 320 manata yüksəldilib. Fevral ayının pensiyaları da bu artımlarla birlikdə ödəniləcək və yanvar ayına aid indeksləşdirilmə artımı da fevral pensiyasına əlavə ediləcək.

Dostuna göndər xəbərdən agah olsun: