BBC və “Sputnik Azərbaycan” nümayəndəlikləri ləğv olundu

BBC və “Sputnik Azərbaycan” nümayəndəlikləri ləğv olundu
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, BBC və “Rossiya Segodnya”ya məxsus “Sputnik-Azərbaycan”ın Azərbaycan nümayəndəlikləri ləğv edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Onun sözlərinə görə, hər iki media qurumu yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə biləcək. Ayxan Hacızadə əlavə edib ki, “Amerikanın Səsi” radiosunun müxbir akkreditasiyası da ləğv olunub.

Açar sözlər: BBC Azərbaycan, Sputnik Azərbaycan, nümayəndəliklərin ləğvi, Ayxan Hacızadə, Xarici İşlər Nazirliyi, medianın akkreditasiyası

Dostuna göndər xəbərdən agah olsun: