Qarlı hava şəraitində 179 nəfər xəsarət alıb – TƏBİB-dən məlumat

Agah.az xəbər verir ki, qarlı hava şəraiti ilə əlaqədar indiyədək 179 nəfər xəsarət alaraq tibbi yardıma müraciət edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, müraciət edənlərin 89-u qadın, 90-ı isə kişidir. Onlardan 171 nəfər müxtəlif travmalarla tibb müəssisələrinə hospitalizasiya olunub, səkkiz nəfərə isə yerində tibbi yardım göstərilib.
Hazırda vəziyyət nəzarətdə saxlanılır.
Açar sözlər: qarlı hava şəraiti, xəsarət alanlar, TƏBİB, tibbi yardım, hospitalizasiya, travma, qış mövsümü