Xəzər rayonunda silah-sursat aşkarlandı – Polis əməliyyat keçirdi

Agah.az xəbər verir ki, Xəzər rayonu ərazisində polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində bir evdən 1 qumbara, 1 avtomat silahı, 1 patron darağı və 12 ədəd patron tapılaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Xəzər rayonu, polis əməliyyatı, silah-sursat, Daxili İşlər Nazirliyi, qumbara, avtomat silah, araşdırma