Qarabağda və Şərqi Zəngəzurda iqtisadiyyatın prioritet sahələri açıqlanıb
Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında əsas prioritet inkişaf sahələri kənd təsərrüfatı, turizm, dağ-mədən sənayesi və logistikadır.
Agah.az Reporta istinadə xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov Zəngilan şəhərində keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.
“Bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyət problemini həll etməkdir. Bu məqsədlə Ağdam və Cəbrayıl rayonlarında sənaye parkları yaradılıb. Bu ərazilərdə iqtisadi fəaliyyəti stimullaşdırmaq üçün dövlət Şərqi Zəngəzur və Qarabağda xüsusi imtiyazlar paketi hazırlayıb”, – deyə o qeyd edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45