Somali prezidenti Bakıda azərbaycanlı cütlüyün nikah şahidi oldu

Somali prezidenti Bakıda azərbaycanlı cütlüyün nikah şahidi oldu
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Somali Prezidenti Həsən Şeyx Mahmud Bakıya səfəri çərçivəsində fevralın 12-də “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. Somali Prezidentinə “ASAN xidmət” modeli təqdim edilib.

Səfər çərçivəsində Həsən Şeyx Mahmud azərbaycanlı cütlüyün nikah mərasimində iştirak edərək nikah şahidi olub.

Ətraflı baku.tv-nin süjetində:

açar sözlər: Somali Prezidenti Bakıda, Həsən Şeyx Mahmud, ASAN xidmət, nikah mərasimi, azərbaycanlı cütlük

Dostuna göndər xəbərdən agah olsun: