Naxçıvan Ali Məclisinin kollektivi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib.
Ali Məclisin mətbuat xidmətindən AGAH.AZ -ın yerli bürosu verilən məlumata görə, sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi və Naxçıvan şəhərindən olan deputatlar Anım Günü ilə əlaqədar əvvəlcə Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını və xiyabandakı 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Naxçıvan şəhər qəbiristanlığındakı Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, məzarların üzərinə güllər qoyulub, “Qurani-Kərim”dən ayələr oxunaraq şəhidlərin xatirəsinə ehtiram ifadə edilib.
(055) 436-46-45