Azərbaycanda problemli kreditlərin məbləği 19 % azalıb
Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 534,3 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 8 % çoxdur.
Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 10 %, son 1 ildə isə 19 % azalıb.
Bu il avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,4 % təşkil edib. Bu nisbət iyulun sonuna 2,2 %, ötən ilin sonuna 2,9 %, ötən il avqustun sonuna isə 3,4 % olub.
Xatırladaq ki, bu il sentyabrın 1-nə Azərbaycanda kredit portfelinin məbləği 22 milyard 484,1 milyon manat təşkil edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45