Bakıda ağır yol qəzası: “Mitsubishi io” “VAZ” avtomobilini aşırdı

Agah.az xəbər verir ki, Xətai rayonu, 8 Noyabr prospekti ilə X.Rüstəmov küçələrinin kəsişməsində baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.
Hadisə zamanı “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsünün yolayrıcının keçilməsi qaydasına əməl etməməsi qəzaya səbəb olub.
Belə ki, “Mitsubishi Pajero” yolayrıcında sola dönərkən qarşıdan düzünə hərəkət edən “VAZ” markalı avtomobillə toqquşub. Güclü zərbə nəticəsində “VAZ” markalı avtomobil aşıb və yol kənarındakı işıqforu qıraraq yerindən çıxarıb.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə və yol infrastrukturuna ciddi ziyan dəyib.
Açar sözlər: Bakı yol qəzası, Mitsubishi Pajero VAZ toqquşması, Xətai rayon yol hadisəsi, manevr qaydası pozuntusu, yol infrastrukturu ziyan