Abşeronda maşın ustası müştərinin avtomobilini qaçıraraq qəza törətdi

Abşeronda maşın ustası müştərinin avtomobilini qaçıraraq qəza törətdi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsində talama niyyəti olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə cinayətinə görə təqsirləndirilən Mehman Dəmirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmünə əsasən, Mehman Dəmirova 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.

İttihama görə, hadisə 2023-cü il dekabrın 9-da Ceyranbatan qəsəbəsində baş verib. Maşın ustası olan Mehman Dəmirov rənglənməsi üçün təmir emalatxanasında saxlanılan Qalib Qayıbova məxsus “KIA Sportage” markalı avtomobili qanunsuz şəkildə ələ keçirərək qaçırıb. Lakin Ceyranbatan qəsəbəsində idarəetməni itirərək maşını yol kənarındakı beton maneəyə çırpıb.

Qəza nəticəsində zərərçəkmişə 17 760 manat məbləğində maddi ziyan dəyib. Hadisədən sonra Mehman Dəmirov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

(Foto şərtidir)

Açar sözlər: Abşeron qəza xəbəri, avtomobil qaçırılması, maşın ustası cinayəti, Mehman Dəmirov, Ceyranbatan qəza

Dostuna göndər xəbərdən agah olsun: