Yeni dünya nizamını kimlər formalaşdıracaq?

Agah.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpin müasir dövrün reallıqlarına uyğun yeni dünya düzənini formalaşdırmaq üçün mühüm tarixi imkan əldə ediblər.
“Asia Times” nəşrində yer alan məqaləyə görə, fövqəldövlətlər arasında rəqabətdən çoxqütblü dünya sisteminə keçid qaçılmazdır. Bu prosesə Ukraynadakı münaqişə, BRICS-in təsiri, ABŞ hökumətinin böyük borcu və Çinin artan iqtisadi-geosiyasi gücü kimi amillər səbəb olub.
Məqalədə vurğulanır ki, Tramp və Putin Ukrayna problemini həll etdikdə Çinlə əməkdaşlıq şəraitində çoxqütblü dünyanın əsas qurucuları kimi tarixə düşə bilərlər. Si Cinpinin isə “Konfutsi müdrikliyi” ilə iki lider arasında vasitəçilik edə biləcəyi qeyd olunur.
Açar sözlər: Yeni dünya nizamı, Tramp Putin Si Cinpin, çoxqütblü dünya, Ukrayna münaqişəsi, BRICS təsiri.