İran kəşfiyyatı Tehranda 30 terror aktının qarşısını alıb

Dostuna göndər xəbərdən agah olsun:

İranın İslam İnqilabı Keşikçiləri Korpusun kəşfiyyat xidmətləri Tehranda 30 partlayışın qarşısını alıb.

Agah.az  ISNA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Kəşfiyyat Nazirliyi məlumat yayıb.

“Xüsusi xidmətlər Tehranın sıx məskunlaşdığı ərazilərdə məqsədi 30 terror partlayışı təşkil etmək olan planın bütün təqsirkarlarını aşkar edib, zərərsizləşdirib və həbs ediblər”, – İSNA xəbər agentliyi bildirib.

Onun sözlərinə görə, kəşfiyyatçılar üç əyalətdə – Əlburz, Qərbi Azərbaycan və Tehranda 28 şübhəlini saxlayıb. Onların hamısı İŞİD terror qruplaşması ilə əlaqəlidir.

Həbslər zamanı şübhəlilərin üzərində çoxlu sayda partlayıcı qurğu, o cümlədən saatlı bomba və kamikadze jiletləri aşkar edilib. Bundan başqa, terrorçuların əllərində 17 silah, döyüş sursatı və peyk rabitə vasitələri olub.

Antiterror əməliyyatlarından biri zamanı İranın iki kəşfiyyatçısı yaralanıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45