Ağcabədidə təlim avtomobili piyadanı vuraraq ölümünə səbəb olub

Agah.az xəbər verir ki, Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Təlim avtomobili ilə hərəkət edən Esmira Binnətəliyeva “Hyundai Accent” markalı nəqliyyat vasitəsi ilə “Mercedes-Benz” avtomobilindən düşən Rafiq Məmmədovu vurub.
Hadisə nəticəsində Rafiq Məmmədov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Açar sözlər: Ağcabədi yol qəzası, təlim avtomobili qəzası, Hyundai Accent təlim maşını, piyadanın ölümü, cinayət işi, ölümcül yol qəzası.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
