AZAL eksklüziv satış agentini mülkiyyətinə keçirib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) eksklüziv satış agenti olan “Silk Row Travel” MMC-ni mülkiyyətinə keçirib.
Agah.az bu barədə aviaşirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Adı çəkilən şirkət “Silk Way Holding” MMC-yə daxil idi.
Hesabata əsasən, ötən il mayın 1-də AZAL simvolik məbləğ – 50 manat ödəməklə xalis öhdəliyi 7 703 manat (audit edilməmiş) olan “Silk Rovv Travel”i törəmə müəssisə kimi əldə edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
