Serbiya Baş naziri Miloş Vuçeviç istefa verir

Serbiya Baş naziri Miloş Vuçeviç istefa verir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Serbiyanın Baş naziri Miloş Vuçeviç ölkədə davam edən tələbə etirazları səbəbindən istefa qərarı verib. Bu barədə yerli “Veçerne novosti” qəzeti məlumat yayıb.

Baş nazir bu məsələ ilə əlaqədar təcili mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç daha əvvəl etirazlar səbəbilə hökumətin tərkibinin təcili şəkildə yenilənəcəyini açıqlamışdı. Yenidənqurma prosesi nəticəsində hökumət üzvlərinin yarısından çoxunun vəzifəsindən ayrılacağı gözlənilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45