Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan XİN rəhbərlərinin görüşü keçiriləcək
Agah.az xəbər verir ki, yanvarın 29-da Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutacaq. Görüşün gündəliyi əməkdaşlığın demək olar ki, bütün aspektlərini əhatə edir.
Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin müşaviri və mətbuat katibi Ahror Burxanov məlumat verib. O, görüşü ölkələr arasında istifadə olunmamış böyük potensialın reallaşdırılması üçün əhəmiyyətli bir platforma kimi qiymətləndirib.
Ayrıca bildirilib ki, hazırda bu formata digər ölkələrin qoşulması nəzərdə tutulmur. Bununla yanaşı, 2025-ci ildə müxtəlif səviyyələrdə bir sıra tədbirlər və qarşılıqlı səfərlər planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri səviyyəsində ilk üçtərəfli görüş 2022-ci ilin avqustunda Daşkənddə keçirilib.
(055) 436-46-45