Bakıda oğurluq edən şəxs bank kartı ilə alış-veriş etdi
Agah.az xəbər verir ki, Bakının Sabunçu rayonunda oğurluq hadisələri qeydə alınıb. Ərazi üzrə bir nəfər geyim əşyaları, təmir alətləri və avtomobilindən bank kartının oğurlanması ilə bağlı polisə müraciət edib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, oğurluq əməlində şübhəli bilinən və əvvəllər məhkum edilmiş 40 yaşlı S.Əhmədov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, o, oğurladığı bank kartı ilə alış-veriş edib.
Eyni zamanda, Sabunçu RPİ 42-ci Polis Bölməsinin əməkdaşları rayon ərazisində yerləşən bir evdən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum edilmiş 46 yaşlı M.Məmmədovu saxlayıb. Həmin şəxsin üzərində psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Hər iki hadisə ilə bağlı araşdırma davam edir.
Açar sözlər: bank kartı oğurluğu, Sabunçu rayonu, oğurluq əməli, S.Əhmədov, M.Məmmədov, metamfetamin, kriminal hadisə, Sabunçu Rayon Polis İdarəsi.
(055) 436-46-45