Bakıda övladını məktəbə gətirən valideyni avtobus vurub
Agah.az xəbər verir ki, bu gün Bakının Nəsimi rayonunda baş vermiş yol qəzasında qadın ağır xəsarət alıb. Hadisə 111 saylı məktəbin qarşısında, 20 Yanvar küçəsində baş verib.
Piyada keçidindən keçərək övladını məktəbə gətirən Nuranə Hacıyeva, 525 nömrəli marşrut avtobusu tərəfindən vurulub. Nəticədə, o, ağır kəllə-beyin travması alaraq Kliniki Tibbi Mərkəzinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Nuranə Hacıyevanın vəziyyəti stabil, lakin ağırdır.
Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Açar sözlər: yol qəzası, ağır xəsarət, Nəsimi rayonu, avtobus vurması, Nuranə Hacıyeva, reanimasiya, Kliniki Tibbi Mərkəz, Nəsimi Rayon Polis İdarəsi.
(055) 436-46-45