Bakıda yanğınsöndürmə texnikalarının fəaliyyətinə maneələr aradan qaldırılıb

Bakıda yanğınsöndürmə texnikalarının fəaliyyətinə maneələr aradan qaldırılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınsöndürən və qəza-xilasetmə texnikalarının sərbəst fəaliyyətini təmin etmək məqsədilə Bakının Nərimanov rayonunda xüsusi tədbir həyata keçirib. İsmayıl Hidayətzadə küçəsində yanğın-xilasetmə bölmələrinin işinə süni maneələr yaradan obyektlər və konstruksiyalar sökülüb.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətindən verilən məlumata görə, bina və qurğulara sərbəst yanaşma, yanğın texnikalarının çevik fəaliyyəti üçün şərait yaradılması böyük əhəmiyyət daşıyır. Reydlər zamanı binaların yaxınlığında müxtəlif ölçülü dirəklər, daş və beton parçaları ilə yolların tutulması hallarının aşkarlandığı bildirilib. Bu maneələrin çevik əməliyyatların qarşısını aldığı qeyd edilib.

Nərimanov və Binəqədi rayonlarında keçirilən reydlər çərçivəsində maneələr aradan qaldırılıb, sakinlərə təhlükəsizlik qaydaları izah edilib və qanunvericiliyə uyğun olaraq yolların tutulmasının hüquqi məsuliyyət yaratdığı vurğulanıb.

Açar sözlər: Bakıda yanğınsöndürmə maneələri, Nərimanov rayonu reyd, FHN tədbirləri, yanğın təhlükəsizliyi qaydaları, FHN reyd və maarifləndirmə.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45