Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımların məhkəməsi davam edir

Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımların məhkəməsi davam edir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, “Premium Bank” ASC-də filial müdiri olmuş Nəzakət Məmmədxanova və baş xəzinədar Samirə Əliyevanın məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. Prosesə hakim Cavid Hüseynov rəhbərlik edib.

Prosesdə təqsirləndirilən Nəzakət Məmmədxanovanın vəkili Təranə Əliyeva iki əmlakla bağlı məsələnin araşdırılması və məhkəmə istintaqının yenidən başlanılması ilə bağlı vəsatət qaldırıb. Lakin hakimlər vəsatəti təmin etməyib.

Dövlət ittihamçısı Vüsal Mehrəliyev əmlakların qiymətləndirilməsinə dair iradlarını bildirərək, əmlakların inventar dəyərlərinin 123 min və 24 min manat olduğunu açıqlayıb. Vəkil Təranə Əliyeva əmlakların qiymətinin aşağı göstərildiyini əsas gətirərək yeni sənədlər təqdim edib.

Hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib və dövlət ittihamçısının çıxış üçün vaxt istəməsindən sonra prosesin 7 fevral tarixinə təxirə salındığını elan edib.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq nəticəsində müəyyən edilib ki, Nəzakət Məmmədxanova 2024-cü ilin may ayı ərzində işlədiyi filialın 461 min 170 manat vəsaitini qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Bu cinayətdə ona Samirə Əliyeva kömək edib.

Açar sözlər: yarım milyona yaxın mənimsəmə, Premium Bank, Bakı Ağır Cinayətlər Məhkəməsi, Nəzakət Məmmədxanova, Samirə Əliyeva, korrupsiya işi, dövlət ittihamçısı, məhkəmə prosesi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45