“Gənclik” və “28 May” metrostansiyaları yaxınlığında işıqforların işləməməsinin səbəbi açıqlandı

“Gənclik” və “28 May” metrostansiyaları yaxınlığında işıqforların işləməməsinin səbəbi açıqlandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Gənclik” və “28 May” metrostansiyaları ətrafında bəzi yollarda işıqforların fəaliyyətində yaranan fasilənin səbəbini açıqlayıb.

Qurumdan bildirilib ki, işıqforların işləməməsinə qurğulardakı problem deyil, əraziyə elektrik enerjisinin kəsilməsi səbəb olub.

Məlumatda qeyd olunur ki, aidiyyəti dövlət qurumu tərəfindən qısa müddət ərzində elektrik enerjisinin verilişi bərpa edilib və hazırda işıqforlar tam işlək vəziyyətdədir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45