Ramin Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun 27 yanvar tarixində Göygöl şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə komitədən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin sədri yanvarın 30-da Gəncə, Naftalan şəhərləri, Göygöl, Samux, Daşkəsən və Goranboy rayonlarından olan vətəndaşları qəbul edəcək:
“Qəbul saat 11:00-da Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında (ünvan: Göygöl şəhəri, Azay Kazımov küç.1a) keçiriləcək. Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinə (Əlaqə vasitələri: (022) 266 91 14, (055) 218 52 95, chairman@scara.gov.az, dk-gence@scara.gov.az) müraciət etmələri xahiş olunur”.
(055) 436-46-45