Bakıda “Moon Pub”da saxta alkoqollu içkilər aşkarlandı
Agah.az xəbər verir ki, daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsində yerləşən “Moon Pub” adlı iaşə obyektində yoxlama aparılıb.
Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, yoxlama zamanı obyektin fiziki şəxs Zaur İslam oğlu Əliyevə məxsus olduğu, lakin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Bundan əlavə, obyektin texniki normativ tələblərə uyğun gəlmədiyi və saxta alkoqollu içkilərin satışı aşkar edilib.
Təhlükəli içkilərlə bağlı nümunələr laboratoriyaya təqdim olunub və araşdırmalar davam edir. Faktla əlaqədar cavabdeh şəxsə inzibati protokol tərtib olunub, eləcə də məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.
Açar sözlər: Bakı saxta içkilər, Moon Pub yoxlaması, qida təhlükəsizliyi, saxta alkoqollu içkilər, Sabunçu rayon restoranı, texniki normativ tələblər.
(055) 436-46-45