Azərbaycan və İran “Şimal-Cənub” dəhlizində əməkdaşlığı genişləndirir
Agah.az xəbər verir ki, Azərbaycan və İran nəqliyyat və ticarət sahəsində əsas sazişlər imzalayaraq “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tamamlanmasını sürətləndirmək üçün əməkdaşlığı gücləndiriblər.
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin bildirdiyinə görə, “Şimal-Cənub” dəhlizi ölkənin ən mühüm tranzit marşrutlarından biridir və Rəşt-Astara hissəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan isə Rusiya və İran arasında strateji mövqeyi ilə layihənin həyata keçirilməsində mühüm rol oynayır.
Üç illik fasilədən sonra baş tutan Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasında tərəflər ticarət, avtomobil və dəmir yolu daşımaları, eləcə də aviareyslərin artırılması üzrə sazişlər imzalayıblar. Bu layihənin tamamlanması illik tranzit həcminin 15 milyon tona çatdırılmasına imkan verəcək.
Görüş zamanı İran və Azərbaycanın dəmir yolu qurumları arasında Astaradakı dəmir yolu terminalının tikintisinin tamamlanması ilə bağlı razılıq əldə olunub. Bu terminal, “Şimal-Cənub” dəhlizinin reallaşdırılması istiqamətində vacib addım hesab olunur.
Açar sözlər: Azərbaycan və İran, Şimal-Cənub dəhlizi, nəqliyyat və ticarət, Rəşt-Astara, tranzit dəhlizi, dəmir yolu, Astarada dəmir yolu terminalı, Beynəlxalq nəqliyyat.
(055) 436-46-45