Tramp Rusiyaya sanksiya xəbərdarlığı etdi
Agah.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin tezliklə həll olunmayacağı təqdirdə, Rusiyaya qarşı ixrac rüsumları və yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“Əgər tezliklə razılıq əldə etməsək, Rusiyanın ABŞ-a və digər ölkələrə satdığı hər bir məhsula yüksək vergilər və tariflər tətbiq etməkdən başqa yolum qalmayacaq,” – deyə Tramp vurğulayıb.
Prezident həmçinin Rusiyaya bu münaqişəni dayandırmaq üçün “çox böyük yaxşılıq” etməyə hazır olduğunu bildirib. “İndi razılığa gəlin və bu mənasız müharibəni dayandırın. Yoxsa vəziyyət daha da ağırlaşacaq,” – deyə o qeyd edib.
Açar sözlər: Donald Tramp, Ukrayna münaqişəsi, Rusiya sanksiyaları, ixrac rüsumları, ABŞ Prezidenti, Truth Social, münaqişə həlli.
(055) 436-46-45