Bərdənin sabiq hakimi Elsun Əhmədov rüşvətə görə 5 il həbs edildi

Bərdənin sabiq hakimi Elsun Əhmədov rüşvətə görə 5 il həbs edildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Məzahir oğlu Əhmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Elsun Əhmədov 5 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Araşdırmalar zamanı müəyyən edilib ki, Elsun Əhmədov məhkəmə vəzifəsini icra etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan külli miqdarda rüşvət alıb. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunan şəxsin yüngül cəza alması müqabilində onun ailəsindən külli miqdarda pul tələb edib.

Məhkəmə-Hüquq Şurasının qərarı ilə 2023-cü ilin dekabr ayında Elsun Əhmədovun hakimlik səlahiyyətləri uzadılmamış və fəaliyyətində ciddi pozuntular aşkar edildiyi üçün onun barəsində hüquqi tədbirlər görülmüşdür.

Fevral ayında ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham irəli sürülmüş və ilkin mərhələdə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Açar sözlər: Elsun Əhmədov, rüşvət, Bərdə Rayon Məhkəməsi, məhkəmə hökmü, korrupsiya, Gəncə Ağır Cinayətlər Məhkəməsi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45