Qadının başına pivə bakalı vurdu, həbs edildi

Qadının başına pivə bakalı vurdu, həbs edildi
Dostuna göndər xəbərdən agah olsun:

Yasamalda “Kral” çay evində baş verən insidentə görə hökm oxundu

yasamal-kral-cay-evi-insident-hokm

Agah.az xəbər verir ki, Yasamal rayonunda yerləşən “Kral” çay evində qadının başına pivə bakalı vuran şəxs məhkəmə qərarı ilə cəzalandırılıb. Hadisə çay evinin ikinci mərtəbəsində keçirilən kiçik toy məclisi zamanı baş verib.

1984-cü il təvəllüdlü Elvin Ağali oğlu tanış olduğu S.O. adlı qadına qarşı nalayiq hərəkətlər edib və onun başına pivə bakalı ilə zərbə endirib. Qadın ifadəsində Elvinin onu təhqir etdiyini və zərbədən sonra müxtəlif bədən nahiyələrinə təpiklə vurduğunu bildirib.

Məhkəmənin qərarına əsasən, Elvin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və 1 il 11 ay 28 gün azadlıqdan məhrum edilib.

Açar sözlər: Yasamal insident, Kral çay evi, qadına şiddət, Elvin Ağali, məhkəmə hökmü.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45