İrəvan küçələrinə daxili qoşunlar yeridildi – VİDEO
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası üçün gecə-gündüz etiraz aksiyalarına başladığını elan edib.
İrəvanda mitinqlər davam edir, müxalifət isə artıq onun vəzifəsindən uzaqlaşdırılması üçün tədbirləri əlaqələndirəcək milli komitə yaradıb.
Buna cavab olaraq hakimiyyət daxili qoşunları – “qırmızı beretləri” küçələrə çıxarıb.
Məlumata görə, hazırda Ermənistan paytaxtında vəziyyət gərgindir. Etirazçılar nəqliyyatın qarşısını kəsir, sürücülər təhlükəsizlik kordonunu yarmağa çalışırlar. Yerlərdə toqquşmalar baş verir.
Paşinyan özü isə Qarabağ hadisələrindən və ermənilərin onun bəyanatlarına etirazından sonra heç bir halda istefa verməyəcəyini bildirir.
(055) 436-46-45