Azərbaycan xalqı 20 Yanvar faciəsinin 35-ci ildönümünü anıb

Azərbaycan xalqı 20 Yanvar faciəsinin 35-ci ildönümünü anıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut elan olunub.

Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verərək şəhidlərin xatirəsini yad edib. Bakı metrosunda isə qatarlardan fit səsi müşayiəti ilə bir dəqiqəlik sükut keçirilib.

Faciənin tarixi
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı rəhbərliyi tərəfindən Azərbaycanın müstəqillik mübarizəsini boğmaq məqsədilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın digər bölgələrinə yeridilib.

Nəticədə 147 nəfər həyatını itirib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, təcili yardım işçiləri və milis nəfərləri də olub. Hadisələr zamanı dövlət və şəxsi əmlaklara ciddi zərər yetirilib.

Bu faciə Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi kimi tarixə düşüb və hər il Ümummilli Hüzn Günü kimi qeyd olunur.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45