Serbiya Prezidenti Orban və Siyarto ilə enerji təhlükəsizliyini müzakirə edəcək

Serbiya Prezidenti Orban və Siyarto ilə enerji təhlükəsizliyini müzakirə edəcək
Dostuna göndər xəbərdən agah olsun:

Serbiya Prezidenti Aleksandr Vuçiç Macarıstanın Baş naziri Viktor Orban və xarici işlər naziri Peter Siyarto ilə enerji təhlükəsizliyi və infrastruktur layihələrini müzakirə etməyi planlaşdırır.

 

Bu barədə Vuçiç sosial şəbəkələrdə məlumat verib.

 

“İnfrastruktur layihələrinin həyata keçirilməsi və ölkələrimizin regionda əsas enerji dəhlizləri kimi strateji əhəmiyyəti nəzərə alınmaqla enerji təhlükəsizliyi diqqət mərkəzimizdədir”, – o yazıb.

 

Macarıstanın Baş naziri və xarici işlər naziri Belqrada bu gün gəlib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45