Dövlət başçısı: Əldə edilmiş nəticələr Ermənistanla sülh danışıqlarının irəli aparılmasına müsbət təsir göstərəcək

Dostuna göndər xəbərdən agah olsun:

Əldə edilmiş nəticələr Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların da irəli aparılmasına müsbət təsir göstərəcək.

Agah.az “Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon söhbəti zamanı deyib.

Azərbaycan Prezidenti regional sülh gündəliyinin dəstəklənməsinin əhəmiyyətinə toxunub, birtərəfli addımların atılmasının tamamilə əks effekt yarada biləcəyini deyib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45