Müdafiə Nazirliyinin sabiq maliyyə xidmət rəisi Cəbrayıl Orucova 10 il həbs cəzası verildi

Müdafiə Nazirliyinin sabiq maliyyə xidmət rəisi Cəbrayıl Orucova 10 il həbs cəzası verildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə mənimsəməyə görə həbs edilən sabiq maliyyə xidmət rəisi Cəbrayıl Orucovun məhkəməsi yekunlaşıb.

Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Cəbrayıl Orucov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, Cəbrayıl Orucov N saylı hərbi hissənin maliyyə xidmət rəisi vəzifəsində çalışarkən Müdafiə Nazirliyinin digər yüksək rütbəli əməkdaşlarının cinayət işi üzrə şahid qismində də ifadə vermişdi.

Xatırladaq ki, Cəbrayıl Orucov 2024-cü ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmış və Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda mənimsəmə) ilə ittiham olunmuşdu.

Araşdırmalar zamanı məlum olub ki, sabiq rəis dövlət büdcəsinə dəymiş ziyanı ödəməyib.

Açar sözlər: Müdafiə Nazirliyi cinayət işi, hərbi hissələrdə mənimsəmə, Cəbrayıl Orucov həbs, məhkəmə qərarı, maliyyə xidmət rəisi cinayət işi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45