Metroda təhlükəli hallara diqqət: Əşyasını relsə atan 33 nəfər təhlükə yaradıb
Agah.az xəbər verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərə əşyalarının təsadüfən stansiya yoluna düşməsi zamanı özbaşına hərəkət etməməyi, dərhal stansiya işçisinə məlumat verməyi tövsiyə edib.
Məlumatda bildirilir ki, 2024-cü ildə 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb. Təəssüf ki, bu hallar təhlükəli vəziyyətlər yaradıb. Belə ki, qatar stansiyaya daxil olarkən 3 nəfər stansiya yoluna düşüb. Onlardan 2-si həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb.
Həmçinin, Bakı Metropolitenində 19 nəfər əşya atdığı üçün, ümumilikdə isə 374 nəfər İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnib.
Məcəlləyə əsasən, dəmir yoluna əşya atmaq 200 AZN, özbaşına dəmir yoluna düşmək isə 50 AZN cərimə ilə nəticələnir.
Açar sözlər: Bakı Metropoliteni xəbərdarlıq, metro təhlükəsizlik qaydaları, əşyaların relsə düşməsi, metroda cərimələr, Bakı metrosunda insidentlər.
(055) 436-46-45