Türkiyə Suriya ilə hava əlaqəsini 13 ildən sonra bərpa edir
Agah.az xəbər verir ki, “Türk Hava Yolları” (THY) Türkiyə ilə Suriyanın paytaxtı Dəməşq arasında 2012-ci ildən dayandırılmış hava əlaqəsini bərpa etməyə hazırlaşır. THY-nin baş direktoru Bilal Ekşi bu barədə “X” sosial şəbəkəsində məlumat paylaşıb.
Verilən məlumata görə, İstanbulla Dəməşq arasında uçuşlar həftədə üç dəfə həyata keçiriləcək və ilk reys yanvarın 23-də baş tutacaq.
Qeyd edək ki, Türkiyə ilə Suriya arasındakı hava reysləri 2012-ci ildə dayandırılmışdı. Dəməşq hava limanı isə Suriyada son hakimiyyət dəyişikliyindən sonra, yanvarın 7-də yenidən fəaliyyətini bərpa edib.
Açar sözlər: Türkiyə Suriya hava reysləri, Türk Hava Yolları, Dəməşq uçuşları, Türkiyə Suriya əlaqələri, Dəməşq hava limanı.
(055) 436-46-45