İlon Maskın köməyi ilə İranda saxlanılan italiyalı jurnalist azadlığa buraxıldı
Agah.az xəbər verir ki, ABŞ-lı milyarder İlon Maskın müdaxiləsi nəticəsində İranda saxlanılan italiyalı jurnalist Sesiliya Sala azadlığa buraxılıb. Sala, dekabrın 19-da ölkə qanunlarını pozduğu iddiası ilə həbs edilmişdi.
“The New York Times” qəzetinin məlumatına görə, İlon Mask bu məsələni İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə müzakirə edərək jurnalistin azad olunmasına köməklik göstərib.
Məlumatlara əsasən, jurnalist vizası ilə İranda işləyən Sala, yanvarın 8-də İtaliyaya qayıdıb. Danışıqların detalları məxfiliyin qorunması səbəbindən açıqlanmayıb.
Açar sözlər: İlon Mask, Sesiliya Sala, İtaliya jurnalisti, İran, azadlıq, diplomatik dəstək.
(055) 436-46-45