Müdafiə Nazirliyindən sosial şəbəkələrdə ordumuza yardım aksiyası başladanlara XƏBƏRDARLIQ

Dostuna göndər xəbərdən agah olsun:

“Lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi günlərdə bəzi sosial media hesablarında Silahlı Qüvvələrimizə yardım adı altında əhaliyə çağırış edilib. Vətəndaşlardan müxtəlif yardım kampaniyalarına qoşularaq pul və ərzaq yardımı etmələri istənilib”.

AGAH.AZ  xəbər verir ki, bu sözləri bu gün media nümayəndələri üçün təşkil edilən brifinqdə Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib. O vətəndaşları belə çağırışlara əhəmiyyət verməməyə səsləyib:

“Müraciət edirik ki, vətəndaşlar belə çağırışlara heç bir reaksiya göstərməsinlər. Silahlı Qüvvələrin maddi texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın daha da yaxşılaşdırılması təşkil edilir. Bölmələrimizin istənilən şəraitdə normalara uyğun və fasiləsiz təminatı istiqamətində zəruri tədbirlər planlı şəkildə həyata keçirilir”.

Ətraflı videoda:

 

VİDEO

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45