Dini qurumlara 6,5 milyon manat maliyyə yardımı ayrıldı

Dini qurumlara 6,5 milyon manat maliyyə yardımı ayrıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ümumilikdə 6,5 milyon manat vəsait ayrılıb.

Bu yardımdan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Katolik Kilsəsinin Apostol Prefekturasına 350 min manat, Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat və digər qeyri-islam dini icmalarına dəstək məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.

Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Açar sözlər: dini qurumlara yardım, Qafqaz Müsəlmanları İdarəsi, maliyyə dəstəyi, Prezident sərəncamı, Mənəvi Dəyərlərin Təbliği Fondu.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45