AZAL təyyarəsinin “Qara qutu”lar Braziliyadan Qazaxıstana təhvil verildi
Agah.az xəbər verir ki, Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin “qara qutu”ları Braziliyadan Qazaxıstana gətirilib. “RIA Novosti”nin məlumatına əsasən, qutular hadisənin səbəbləri ilə bağlı yekun rəyin verilməsi üçün xüsusi komissiyaya təhvil verilib.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramışdı. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb.
İlkin araşdırmalara görə, qəza Rusiya hava məkanında fiziki və texniki xarici müdaxilə nəticəsində baş verib.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da AzTV-yə verdiyi müsahibədə bu insidentlə bağlı Azərbaycanın irəli sürdüyü üç əsas şərti açıqlayıb:
- Rusiya üzr istəməli;
- Günahını etiraf etməli və məsul şəxsləri cəzalandırmalıdır;
- Azərbaycan tərəfinə, zərərçəkənlərə və ölən sərnişinlərin ailələrinə təzminat ödəməlidir.
Açar sözlər: AZAL qəzaya uğradı, Aktau təyyarə qəzası, qara qutu, Azərbaycan Hava Yolları, Rusiya hava məkanı, İlham Əliyev açıqlaması.
(055) 436-46-45