Bakıda yeznəsini bıçaqlayan ata və oğul apellyasiya şikayəti verdi

Bakıda yeznəsini bıçaqlayan ata və oğul apellyasiya şikayəti verdi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, yeznəsini bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Yusif Mahmudov və oğlu Allahverdi Mahmudov barəsində çıxarılan hökmə qarşı apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən ilkin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Növbəti məhkəmə prosesi fevralın 3-nə təyin olunub.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Mahmudov və Allahverdi Mahmudov 11 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hadisə 2023-cü ilin iyununda Sabunçu rayonunda baş verib. Yusif Mahmudov və oğlu Allahverdi Mahmudov yaşadıqları evin həyətində yeznələri Ağasəlim Məmmədova bıçaqla daxilə nüfuz edən iki xəsarət yetirərək ona öldürməyə cəhd ediblər. Hər iki şəxs şübhəli qismində saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 29, 120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Açar sözlər: Bakı, yeznəni bıçaqlama, Yusif Mahmudov, Allahverdi Mahmudov, Sabunçu rayonu, apellyasiya məhkəməsi, cinayət işi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45