Azərbaycan Mərkəzi Bankı 8 ayda valyuta bazarından 122 milyon dollar alıb

Dostuna göndər xəbərdən agah olsun:

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi 122 milyon ABŞ dolları olmaqla alışyönlü olub.

AGAH.AZ  bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, 8 ay ərzində AMB-də keçirilmiş valyuta hərraclarının 99 %-də təklif tələbi üstələyib.

Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında AMB-nin Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 milyard 295,8 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 % azdır.

Təkcə ötən ay isə valyuta satışının məbləği 452 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,6 % çoxdur.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45