Kaliforniyada yanğın və oğurluq edən 10 nəfərə qarşı ittiham irəli sürülüb

Kaliforniyada yanğın və oğurluq edən 10 nəfərə qarşı ittiham irəli sürülüb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Kaliforniyada tüğyan edən meşə yanğınları zamanı oğurluq edən və yanğın törədən 10 nəfərə qarşı ittiham irəli sürülüb. Bu barədə Los Anceles dairəsinin prokuroru Natan Hokman mətbuat konfransında məlumat verib.

Prokuror bildirib ki, ittiham olunan şəxslərdən 9-u oğurluqda, biri isə yanğın törətməkdə təqsirli bilinir. Cinayətkarlar arasında bir qrupun tanınmış amerikalı ulduzun evindən “Emmi” mükafatı, digər qrupun isə 200 min dollar və sənədlər oğurladığı müəyyən edilib. Bir qrup isə bir gündə iki evi qarət edib.

Eskobar soyadlı şəxs isə üç fərqli yerdə yanğın törətməkdə ittiham olunur və 9 ilə qədər həbs cəzası ala bilər. Prokuror cinayətkarların saxlanılmasının hüquq-mühafizə və xilasetmə xidmətlərinin sıx əməkdaşlığı sayəsində mümkün olduğunu vurğulayıb.

Təqsirləndirilən şəxsləri 6 ildən ömürlük həbsə qədər cəza gözləyir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45