Cənub bölgəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Cənub bölgəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, yanvarın 15-də Azərbaycanın cənub bölgəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq. “Azərişıq” ASC-dən verilən məlumata görə, bu, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) təmir işləri ilə əlaqədardır.

Təmir işləri çərçivəsində:

  • Lənkəran rayonu Şilavar, Digah kəndlərində və Kürə ərazisində saat 10:00-dan 14:00-dək,
  • Cəlilabad şəhəri və rayonunda, həmçinin Biləsuvar rayonu Əmənkənd ərazilərində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

Qeyd olunur ki, 110/35/10 kV-luq Lənkəran 2 yarımstansiyasından və Cəlilabad 110/35/10 kV-luq yarımstansiyasından qidalanan hava xətlərində təmir işləri aparılacaq. İşlər başa çatdıqdan sonra enerji təchizatı bərpa ediləcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45