Naxçıvanda vergi daxilolmaları 38 %-ə yaxın artıb

Naxçıvanda vergi daxilolmaları 38 %-ə yaxın artıb
Dostuna göndər xəbərdən agah olsun:

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 226,6 milyon manatdan çox vergi daxil olub.

Agah.az  bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2023-cü ilə nisbətən 61,9 milyon manat və ya 37,6 % çoxdur.

Ötən il Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 130,2 % icra edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45