Yasamalda dəhşət: Qadın və Azyaşlı Uşaq Döyülüb Qaçırıldı
Bakının Yasamal rayonunda dəhşətli hadisə baş verib.
Bu barədə tanınmış jurnalist Günay Arda şəxsi facebook profilində məlumat paylaşıb.
Jurnalsitin sözlərinə görə,təxminən 15:15 də, İnşaatçılar metrosu, “Ağ çiçəyim” şadlıq evinin qabağında kişi bir qadını və yanındakı azyaşlını şillə-təpiklə döyüb. Daha sonra uşağı və qadını 90 VA 028 dövlət nömrə qeydiyyat nişanlı avtomobilə zorla salaraq ərazidən qaçırıb.
Jurnalsitin sözlərinə görə, o yanındakı qadılarla müdaxilə etməyə çalışsa da, kişinin hücumuna məruz qalıblar. Uşaq və qadın qanın içərisində naməlum istiqamətə aparılıb.
Qeyd: Başlıq şəkli şərtidir.
loading…
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45