Masallıda zəhərləndiyi deyilən qızın ölüm səbəbi meningit oldu
Agah.az xəbər verir ki, Masallıda əvvəlcə zəhərlənmə nəticəsində dünyasını dəyişdiyi deyilən 30 yaşlı Dünya Güləbala qızı Ağayevanın ölüm səbəbinin meningit olduğu müəyyənləşib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, 1995-ci il təvəllüdlü xəstə yanvarın 4-də dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olan xəstəyə bütün lazımi tibbi müdaxilələr edilməsinə baxmayaraq, yanvarın 10-da səhər saatlarında ölüm faktı qeydə alınıb.
Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Açar sözlər: Masallı meningit, Dünya Ağayeva meningit, dərman zəhərlənməsi, xəstəxana ölümü, Masallıda ölüm.
(055) 436-46-45