Masallıda 24 yaşlı gənc öldürüldü
AGAH.AZ xəbər verir ki, Masallı Rayon Prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 2000-ci il təvəllüdlü Höccət Soltanovun Masallı rayonu ərazisində yol kənarında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elməddin Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Höccət Soltanov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45