Nazir müavini: “Bu gün şəhid ailərinə və müharibə əlillərinə ümumilikdə 100 mənzil veriləcək”
“Bu gün şəhid ailərinə və müharibə əlillərinə ümumilikdə 100 mənzil veriləcək”.
“Report”un Qərb bürosunun məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim edilməsi mərasimində jurnalistlərə açıqlamasında bildirib.
“Cənab prezidentin müvafiq sərəncamına uyğun olaraq şəhid ailələri və müharibə əlillərinin məişət şəraitinin yaxşılaşdırılması proqramı davam etdirilir. Bu proqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5250 mənzil artıq öz sahiblərinə təqdim edilib. Bu il üçün nəzərdə tutlan 1500 mənzildən artıq 800-ə yaxını təqdim edilib. Bu gün isə daha 100 mənzilin verilməsi nəzərə tutulub ki, onlardan da 65-i Gəncə şəhərindədir”, – deyə nazir müavini qeyd edib.
(055) 436-46-45